Sanitar gigiyana qaydaları barədə maarifləndirici söhbət

2021-09-14 / 11:38:51

Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları H.Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzində olub, sanitariya-gigiyena qaydaları barədə söhbət aparıblar.

Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin iştirak etdikləri tədbirdə mərkəzin direktoru Rəşad Xudiyev çıxış edərək bildirib ki, maarifləndirici tədbirin keçirilməsində məqsəd məktəbliləri şəxsi gigiyena qaydalarına necə əməl etmək, virus və infeksiyadan qorunmaq üçün pedaqoji kollektiv və dərnək üzvlərini ətraflı məlumatlandırmaqdır.

Tədbirdə GEM əməkdaşları-Təşkilati-metodik və ictimai sağlamlıq bölməsinin müdiri Ləman Həsənova və sanitar maarifi üzrə həkim Səadət Məmmədova  mövzu ilə bağlı tövsiyyələr verib,dərnəklərdə şəxsi gigiyena qaydaları barədə söhbətlər aparıblar.