İyunun 14-də 912 nəfərə koronavirusa qarşı vaksin vurulub

2021-06-16 / 12:17:33

İyunun 14-də muxtar respublikada xüsusi işçi qrupu tərəfindən 912 nəfər “Sinovac” vaksininə cəlb edilib.

Birinci mərhələ üzrə vaksin vurduranların  sayı 332, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 580  nəfərdir. Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti