İyunun 14-də 13 min 739 kvadratmetr ərazidə dezinfeksiya aparılıb

2021-06-16 / 12:14:44

Muxtar respublikanın bütün bölgələrində infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iyunun 14-də keçirilən növbəti dezinfeksiya tədbirləri 13 min 739  kvadratmetr ərazini əhatə edib. Bu tədbir daha çox  su obyektləri, məişət tullantıları və çirkab əraziləri, yaşayış binaları, təhsil ocaqları, uşaq bağçaları və insanların sıx toplaşdığı yerlərdə icra olunub.

            Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti