Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimləri Culfada tibbi aksiya keçiriblər

2021-06-14 / 16:52:14

Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı həkimləri Milli Qurtuluş Günü  münasibətilə CulfaRayon Mərkəzi  Xəstəxanasında tibbi aksiya keçiriblər.

Aksiyanın keçirilməsində məqsəd sakinləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarət idi. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı pasiyentlərə tövsiyələr verilib.Pasiyentlər həmçinin  ekstremal vəziyyətlər və fövqəladə vəziyyətlər-daşqınlar, zəlzələlər, partlayışlar, yanğınlar  zamanı ilkin tibbi yardımın təşkili və  ilkin tibbi yardım tədbirləri haqqında ətraflı məlumatlandırılıblar.

            Qeyd olunub ki,  ilkin tibbi yardım hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə prosesidir. Ekstremal vəziyyətdə zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində  bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.

Müayinə edilənlər aksiya təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti