İyunun 10-da 14 min 234 kvadratmetr ərazidə dezinfeksiya aparılıb

2021-06-11 / 10:16:59

Muxtar respublikanın bütün bölgələrində infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir.

    Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iyunun 10-da keçirilən növbəti dezinfeksiya tədbirləri 14 min 234 kvadratmetr ərazini əhatə edib. Bu tədbir daha çox  su obyektləri, məişət tullantıları və çirkab əraziləri, yaşayış binaları, təhsil ocaqları, uşaq bağçaları və insanların sıx toplaşdığı yerlərdə icra olunub. 

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti