İyunun 9-da 22 min 213 kvadratmetr ərazidə dezinfeksiya aparılıb

2021-06-10 / 10:37:38

Muxtar respublikanın bütün bölgələrində infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iyunun 9-da keçirilən növbəti dezinfeksiya tədbirləri 22 min 213 kvadratmetr ərazini əhatə edib. Bu tədbir daha çox  su obyektləri, məişət tullantıları və çirkab əraziləri, yaşayış binaları, təhsil ocaqları, uşaq bağçaları və insanların sıx toplaşdığı yerlərdə icra olunub.

            Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti