Dünən Azərbaycanda 15 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

2021-05-16 / 10:33:37

Mayın 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 794 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3897, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11 min 897 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 777 min 426-ya çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 26 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 751 min 50 nəfərdir.