“Psixiatriyada təxirəsalınmaz tibbi yardım”

2020-10-21 / 12:56:38

      Yeni kitablar

Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi, psixiatr Rəşadət Nabatovun  “Psixiatriyada təxirəsalınmaz tibbi yardım” adlı yeni kitab ıişıq üzü görüb. Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə, psixi sferada müşahidə olunan pozuntular kəskin və xroniki somatik xəstəliklər zamanı rast gəlinən patologiyalardan biri kimi dəyərləndirilir. Qeyd olunur ki, ilkin tibbi yardım göstərən həkimlər həmin xəstələrlə tez-tez rastlaşırlar. Belə hallarda xəstədə müşahidə olunan vəziyyəti kliniki olaraq düzgün qiymətləndirmək, onlara vaxtında tibbi yardım göstərmək və müvafiq tibb müəssisəsinə hospitallaşdırmaqda çətinliklər yaranır. Xüsusən baş beyinin kəskin üzvi xəstəliklərində, kəskin yoluxucu xəstəliklərdə, kəskin intoksikasiyalar zamanı psixi pozuntular daha qabarıq müşahidə olunduğundan xəstəyə ruhi xəstə kimi yanaşma, əsas xəstəliyin vaxtında müalicə olunmamasına və nəticədə ağır fəsadların yaranmasına səbəb olur. Belə hallarda xəstələrə düzgün müalicəvi xidmətlər göstərmək üçün nəzərdə tutulan metodik vəsaitin yazılmasını müəllif qarşısına məqsəd qoymuşdur.

       Vəsait təcili tibbi yardım, poliklinika, ambulatoriya  həkimləri üçün nəzərdə tutulmuşdur.           

                                Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti