Qıvraq qəsəbəsindəki əsgərlərə sovqat aparılıb

2020-10-13 / 14:32:50

Muxtar respublikada hərbi hissələrə sovqatların verilməsi davam etdirilir.

Belə ki, növbəti dəfə xalq-ordu birliyinə nümunə olaraq əsgərlərimiz üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin kollektivi tərəfindən Qıvraq qəsəbəsindəki hərbi hissəyə məişət əşyaları, ərzaq və şiriyyat məhsulları, meyvə,  50 tay sement təhvil verilib.

münasibətlə keçirilən tədbirdə çıxış edən Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva çıxış edərək əsgərlərlə həmrəylik nümayiş etdirilməsinin, onlara sovqatların aparılmasının xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsi olduğunu bildirib və bunu özlərinin vətəndaşlıq borcu hesab etdiyini deyib. hissənin       zabiti gətirilən       sovqata        görə   minnətdarlıq edib. Bildirib ki, Azərbaycan əsgəri də onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayandığına görə fəxr edir.

Çıxış edən əsgərlər göstərilən diqqət və qayğıya görə hərbi hissənin şəxsi heyəti adından öz minnətdarlıqlarını bildiriblər.


                               Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti