Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

2020-09-28 / 12:09:02

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya ilcası keçirilib. Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir.

         N.Novruzov diqqətə çatdırıb ki, cari ilin ötən dövründə Culfa rayon Camaldın kənd həkim ambulatoriyasının və Babək rayon Nəcəfalıdizə Feldşer Mama Məntəqəsinin  açılışı olmuş, əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları gətirilmişdir.

         Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB nümayəndəliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 36 adda dərman preparatları, dezinfeksiyaedicilər və fərdi qoruyucu vasitələr gətirilərək Naxçıvan MR Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinə təhvil verilmişdir. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən Naxçıvan MR Ağciyər  Xəstəlikləri  Dispanserinə ilkin vərəmin diaqnostikası məqsədilə 7150 doza Tuberkulin və 3575 ədəd Tuberkulin şprisi gətirilmişdir.

Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan MR Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları 760 flakon, 300 ampul  gətirilmişdir.

17 sentyabr 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi “Tibb işçilərinin əmək yarmarkası” keçirilmiş, 30  həkim və 37  orta tibb işçisi ixtisası olan vətəndaşlara işlə təmin olunması üçün göndəriş verilmişdir.

GEM rayon şöbələri əsasnaməsi hazırlanaraq təsdiq edilib, şöbələrə  xidməti istifadə üçün göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının su təchizatı obyektlərində sanitariya- gigiyena norma və qaydalarının yerinə yetirilməsinə nəzarət üzrə tədbirlər planı hazırlanaraq müvafiq nazirlik və İcra Hakimiyyətləri tərəfindən təsdiq edilərək, icrası üçün yerlərə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi üzərində nəzarət planı hazırlanaraq müvafiq nazirlik və İcra Hakimiyyətləri tərəfindən təsdiq edilərək, icrası üçün yerlərə göndərilmişdir. 

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə birgə MR ərazisində genişmiqyaslı dezinfeksiya işləri aparılmşdır.

Səhiyyə naziri qeyd edib ki,  MR-da təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar bütün müəssisələr dezinfeksiya edilmiş, distant termometrlərlə təchiz edilmiş, tibb işçisi olmayan müəssisələrə tibb işçiləri təhkim edilmiş, sanitar-gigiyenik qayda və normalar haqqında tapşırıqlar və mütəmadi dezinfeksiya  işlərinin aparılması üçün dezinfektantların hazırlanma qaydaları haqqında təlimatlar hazırlanaraq, icrası üçün yerlərə paylanmışdır.

İctimai iaşə müəssisələrində və mehmanxanalarda monitorinqlər keçirilmiş, sanitar-maarifi işi aparılmış və qoyulan sanitar-gigiyenik tələblər haqqında təlimat hazırlanaraq, icrası üçün yerlərə paylanmışdır.

 1 həkim Bakı şəhərinə və 1 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməsi üçün göndərilmişdir.

Respublika xəstəxanasının həkim briqadası Şahbuz şəhər Ahıllar Evində olmuş və rayonda olan I qrup yataq xəstələrindən cəmi 10 nəfəri evlərdə tibbi müayinədən keçirmişlər.

Kollegiya iclasında digər məsələlər də müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva Culfa rayon Mərkəzi Xəstəxanası tərəfindən əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov muxtar respublikada COVİD-19-un müayinə, müalicə və profilaktikası tədbirləri, nazirliyin Sanitar-gigiyenik işlərə nəzarət sektorunun baş məsləhətçisi Çinarə Əhmədova səhiyyə müəssisələrinin sanitar=gigiyenik vəziyyəti haqqında məlumat veriblər.

Səhiyyə naziri Niyazi Novruzov kollegiya ilcasına yekun vurub.

                                                                                              Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti