Muxtar respublikanın icbari tibbi sığorta ilə işləyən tibb müəssisələrinin tibbi sığorta işinin təşkili və qarşıda duran məsələlər müzakirə olunub

2023-06-24 / 19:32:38

Əhalinin sağlamlığının qorunması, tibbi sığorta imkanlarının artırılması nəticəsində səhiyyə xidmətlərinin səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, həmçinin Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məlumat mübadiləsinin və maarifləndirmə tədbirlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşları arasında görüş keçirilib.

Ardını oxu

Ürək-damar xəstələri isti havalarda daha diqqətli olmalıdır

2023-06-24 / 15:50:30

Yaz-yay aylarında, xüsusilə, havanın temperaturunun yüksək olduğu günlərdə bəzi meteohəssas insanların səhhətlərində problemlər yaranır. Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər isə isti havalarda daha diqqətli olmalıdır.

Ardını oxu

Səhiyyə müəssisələrinə işə qəbul edilmiş yeni kadrlarla görüş keçirilib

2023-06-23 / 17:18:49

Muxtar respublikada bütün sahələr kimi, səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, tibb işçilərinin təkmilləşdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Ardını oxu

Naxçıvanda bir ilk: vətəndaşlar “Onlayn həkim qeydiyyatı” xidmətindən istifadə edəcəklər

2023-06-20 / 17:26:27

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublikada ilk dəfə olaraq “Onlayn həkim qeydiyyatı” xidmətinin təqdimat tədbiri keçirilib.

Ardını oxu

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib

2023-06-20 / 12:49:12

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı islahatlar aparılmaqdadır. Aparılan islahatlar içərisində ümumi islahatların tərkib hissəsi olan kadr islahatları ilə bağlı tədbirlər davam edir.

Ardını oxu

“17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə bir qrup tib işçisi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib

2023-06-16 / 17:42:39

İyunun 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə muxtar respublikada səhiyyə sahəsində əmək fəaliyyəti ilə seçilən tibb işçiləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Ardını oxu

Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib

2023-06-16 / 16:50:40

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ardını oxu

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-radioloqu Əkbər Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb

2023-06-16 / 15:58:50

Prezident İlham Əliyevin iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyev Azərbaycan Respublikasında səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb.

Ardını oxu

Azərbaycan Respublikasının səhiyyə işçiləri təltif edilib - SƏRƏNCAM

2023-06-16 / 15:42:25

Prezident İlham Əliyev iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ardını oxu

Həkim onkoloq Əkbər Mehdiyevin 75 illik yubileyi və muxtar respublika səhiyyəsindəki 50 illik səmərəli fəaliyyəti ilə bağlı yubiley tədbiri keçirilib

2023-06-12 / 17:45:08

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyevin 75 illik yubileyi və muxtar respublika səhiyyəsindəki 50 illik səmərəli fəaliyyəti qeyd edilib. Yubilyar həkim Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edilib və onkoloq-həkimə hədiyyələr təqdim olunub.

Ardını oxu