Şahbuz Rayon Mərkəzi Xəstəxanası

Şahbuzda Səhiyyə xidmətinin tarixi 1926-cı ildən başlayır. Həmin tarixdən Şahbuzkənddə Tibb məntəqəsi açılmışdır. 1941-ci ildə Şahbuz rayonunda 6 çarpayılıq xəstəxana, 3 çarpayılıq doğum evi, Badamlı həkim sahəsi, Nursu, Gömür, Külüs, Buzqov, Kolanı feldşer məntəqələri fəaliyyət göstərirdi. 1951-ci ildə Şahbuz rayonunda 21 tibb müəssisəsi fəaliyyət göstərmişdir:

      Sonrakı illərdə tibb müəssisələrinin sahəsi genişləndirilərək 1975-ci ildə Rayon xəstəxanası 75 çarpayılığa çatdırılmış, 25 çarpayılıq Kükü Kənd Sahə Xəstəxanası, 25 çarpayılıq Badamlı Kənd Sahə Xəstəxanası,25 çarpayılıq Keçili Kənd Sahə Xəstəxanası istifadəyə verilmiş, feldşer-mama məntəqələri bütün digər kəndlərdə açılaraq onların sayı 21-ə çatdırılmışdır. 2009-cu ildə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsindədə köklü islahatlar aparılmış, kənd sahə xəstəxanaları ləğv edilərək həkim ambulatoriyalarına çevrilmiş, mərkəzi xəstəxanada çarpayılarının sayı azaldılaraq 30-a endirilmişdir.

 

 

      Təcili tibbi yardım stansiyaları mərkəzi xəstəxanaya birləşdirilmişdir. Hazırda rayonda 30 çarpayılıq rayon mərkəzi xəstəxanası, 1 GEM, 12 həkim ambulatoriyası, 12 feldşer mama məntəqəsi, yeni tikilmiş məktəblərdə isə məktəb tibb məntəqələri fəaliyyət göstərir.

      Bütün səhiyyə məntəqələri yeni tikilmiş və əsaslı təmir olunmuş binada yerləşir və hər cür tibbi avadanlıqla təchiz olunmuşdur .

      Şahbuz Rayon Mərkəzi Xəstəxanası 2009-cu ildə hörmətli Prezidentimiz İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

      Xəstəxana Terapiya, Cərrahiyyə, Pediatriya, Doğuş və Ginekologiya, Təcili təxirə salınmaz yardım, Poliklinika və Laboratoriya şöbələrindən ibarətdir.

      Poliklinika şöbəsində 2 Stomatoloji kabinə, Lor kabinə, USM, EKQ, Fizioterapiya kabinələri fəaliyyət göstərir.

         Bütün şöbələr və kabinələr ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur.