Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəliklər Dispanseri tərəfindən Şahbuz rayon Külüs kəndində tibbi aksiya

2022-08-11 / 15:22:14

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəliklər Dispanseri əhali arasında  vərəm xəstəliyinin erkən  aşkarlanması, müalicəsi və profilaktikası istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir. Bu məqsədlə yaradılmış həkim briqadası 10 avqust 2022-ci il Şahbuz rayonunun Külüs Kənd Həkim Ambulatoriyasında  olmuşdur.

38 nəfər kənd əhalisi həkim müyinəsindən keçmiş 4 uşağa mantu sınağı qoyulmuşdur. Vərəm xəstəliyinə şübhəli olan 1 nəfər daha ətraflı müayinədən keçmək üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəliklər Dispanserinə dəvət olunmuşdur. Mantu sınağının nəticələrini 3 gündən sonra qiymətləndirib dispanserə məlumat vermək üçün kənd ambulatoriyasının işçisinə tapşırıq verilmişdir.

Həkim briqadasının həkimi tərəfindən vərəm xəstəliyi, yoluxma yolları və xəstəliyin profilaktikası mövzusunda  səhiyyə maarifi aparılmışdır.

                                                                                Naxçıvan Muxtartar Respublikasının  Səhiyyə Nazirliyi.