Səhiyyə Nazirliyinin sentyabr kollegiyası

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov  tədbiri giriş sözü ilə açıb, sentyabr ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb, yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılmasını tələb edib.

Naxçıvan MR Doğum Mərkəzi, Ginekoloji şöbənin müdiri Nəzakət Quluyeva tibb müəssisələrində ginekoloji-cərrahi əməliyyatların icra vəziyyəti, Naxçıvan MR Səhiyyə Nazirliyinin Sanitar  Epidemioloji Nəzarət sektorunun baş məsləhətçisi Çinarə Əhmədova Şərur rayonunda uşaq əhalisi arasında qoruyucu peyvəndlərin icra  vəziyyəti haqqında  məruzə ediblər.

Hər iki məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı qəbul olunub.

Sonra COVİD-19 infeksiyasına qarşı peyvənd tədbirlərinin icrası, uşaqların  icbari dispanserizasiyası tədbirləri, uşaqları  elktron sağlamlıq kartlarının işlənmə vəziyyəti və digər məsələlər barədə məlumatlar dinlənilib.

Səhiyyə naziri Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı oktyabr ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

   Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti