Səhiyyə nazirliyində kollegiya iclası keçirilib

İyunun 25-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

 

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açıb, iyun ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb.

Sonra 17 iyun Tibb işçilərinin peşə bayramı münasibətilə fəxri fərmanların təqdimatı olub. Nazir N.Novruzov təltif olunanları təbrik edib, fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəcəyeva Kəngərli rayonunda əhaliyə göstərilən tibbi xidmət, kadr işləri, əmək intizamının vəziyyəti barədə məruzə edib. Müzakirə olunan məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qərarı qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovun Şərur Rayon Mərkəzi Xəstəxanası doğum-ginekologiya şöbəsi tərəfindən qadın əhalisinə göstərilən tibbi xidmətin vəziyyəti haqqında məlumatı dinlənilib.

Kollegiyada 2021-ci ilin ikinci yarımilinə aid iş planı təsdiq olunub.

Kollegiya iclasına yekun vuran Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı iyul ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti