Səhiyyə nazirliyində kollegiya iclası keçirilib

May ayının 27-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində COVİD-19 infeksiyasının müayinə, müalicə və profilaktikası tədbirləri və İsa Abdullayevin “Ümumi cərrahlıq” dərs vəsaitinin nəşr olunmasına razılıq verilməsi haqqında  kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açıb, may  ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb, yol verilmiş nöqsanları ciddi şəkildə tənqid edib, onların qısa müddətdə aradan qaldırılmasını tələb edib.                                                  

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Zeynəb  Mustafayeva COVİD-19 infeksiyasının müayinə, müalicə və profilaktikası tədbirləri barədə məruzə edib. Müzakirə olunan məsələ ilə bağlı  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qərarı qəbul olunub.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictamayyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov bildirib ki, son illər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının xətti ilə hazırlanan kitab və monoqrafiyalar müzakirə edilib, nəşri tövsiyə olunub və oxucuların istifadəsinə verilib.

İnnovativ inkişafın dəstəklənməsi sahəsində işlər, davamlı tibbi təhsilin tətbiqi, startap layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanılıb. Bu günlərdə daha bir samballı  vəsait, “Ümumi cərrahlıq” adlı dərs vəsaiti nəşr üçün hazırlanıb. Müəllifi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası Rəyasət Heyətinin sədri, “Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru İsa Abdullayevdir.

Bu il may ayının 25-də keçirilmiş Elmi-Tibbi Şuranın ilcasında dərsliyin müzakirəsi keçirilmiş və Rəyasət Heyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya ilcasında müzakirə olunması tövsiyyə edilmişdir.

Kollegiya iclasına yekun vuran Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı iyun ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti