NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SƏHİYYƏ NAZİRLİYİ KOLLEGİYASI QƏRAR № 01(k)

 

NAXÇIVAN  MUXTAR  RESPUBLİKASININ  SƏHİYYƏ  NAZİRLİYİ

KOLLEGİYASI

QƏRAR

    №   01(k)   ggg

      Naxçıvan  şəhəri                                                                         «18»  yanvar  2020-ci il

 

Naxçıvan Muxtar Respublikası tibb müəssisələrinin 2019-cu il fəaliyyət  göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə” Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

 

                                                                    qərara alır:

 

1.“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tibb müəssisələrinin 2019 - cu il fəaliyyət  göstəriciləri haqqında” Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasına təqdim olunan arayış nəzərə alınsın.

2. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrinin 2019-cu il fəaliyyət  göstəriciləri  qənaətbəxş hesab edilsin

            3. Tapşırılsın Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat  Gəncəyevaya:

       3.1.Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin iş planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət daha da artırılsın. Səhiyyə müəssisələrində çalışan həkim və orta tibb işçiləri arasında Sertifikasiya imtahanlarının və ixtisas dərəcələrinin verilməsi tədbirləri  davam etdirilsin.

        4. Tapşırılsın Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin  müdiri Süleyman Cəfərova:

    4.1. Muxtar  respublikada əhaliyə göstərilən terapevtik, cərrahi, mama-ginekoloji və pediatrik tibbi xidmətin daha da yaxşılaşdırlmasına nail olunsun. İcbari  dispanserizasiyası tədbirləri davam etdirilsin, əhali arasında səhiyyə maarifi işləri daha da  artırılsın. Xəstələrin müayinə və müalicə protokollarından səmərəli istifadə olunmasına, tibbi sənədləşmə işlərinin daha da yaxşılaşmasına, əlilliyin  təyini üçün TSEK-ə göndərişlərdə hiperdiaqnostika hallarının qarşısının alınmasına və  nöqsanların aradan qaldırılmasına nəzarət  daha da gücləndirilsin.  

Doğum Mərkəzi və rayon mərkəzi xəstəxanalarının doğuş şöbələrinin və neonatoloji kabinələrin sanitar-gigyenik vəziyyətinə nəzarət daha da  gücləndirilsin. Bu sahədə çalışan tibb işçilərinin profilaktik müayinələrdən keçmələri və hepatit əleyhinə peyvəndə cəlb olunması işinə daim  nəzarət  olunsun.

             5. Tapşırılsın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kadr, elm və təhsil  sektorunun müdiri  Səmayə İbrahimovaya:

     5.1.Kadr çatışmayan səhiyyə müəssisələrinin tibbi kadrlarla təminatının    yaxşılaşdırılmasına,  həkim və orta tibb işçilərinin ixtisasartırma kurslarına, iş yerində təcürbəyə göndərilməsi işinə, rezidentlərin fəaliyyətinə, həkim və otra tibb  işçilərinin sertifikasiya imtahanından keçmələrinə,  fəaliyyəti ilə  fərqlənən  tibb işçilərinə ixtisas dərəcələrinin verilməsinə nəzarət daha da gücləndirilsin.

6.Tapşırılsın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və   dərman vasitələrinin reyestri  sektorunun müdiri  Hacı Əliyevə:

                6.1.Muxtar respublika ərazisində fəaliyyət göstərən əczaxanaların, özəl tibb müəssisələrinin lisenziya şərtlərinə ciddi nəzarət edilsin, imtiyazlı xəstələrin dərman preparatlari və tibbi materiallarla təminatının daha da yaxşılaşdırılmasına nail olunsun. Əczaxanaların, özəl tibb müəssisələrinin və stomatoloji kabinetlərin fəaliyyətinə, dərmanların, xüsusən də uşaq yeməklərinin saxlanılmasına nəzarət daha da artırılsın. Tibb müəssisələrində fövqələdə hallarla bağlı dərman və tibbi materiallardan  ibarət ehtiyatların yaradılması və onun təzələnməsi işinə  nəzarət daha da gücləndirilsin.

             7.Tapşırılsın Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin  Tibbi statistika  və informatika sektorunun müdiri Kəmalə Həsənovaya:

                7.1. Səhiyyə müəssisələrindən tibbi xidmətə aid statistik  məlumatların alınması, təhlili,  hesabatların  hazırlanması, xüsusən də onların dürüstlüyünə nəzarət daha da  artırılsın.

             8. Tapşırılsın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Maliyyə-  iqtisadiyyat  sektorunun müdiri Fatma Zeynalovaya:

                   8.1. Tibb müəssisələrinin  maliyyə - təssərüfat fəaliyyətində dəqiqliyə nəzarət daha da gücləndirilsin. Elektron ödənişlərdən istifadəyə geniş yer verilsin. Tibb müəssilərinin balansında olan inventar və avadanlıqların qorunması və ilin sonunda inventarizasiyasının aparılmasına nəzarət daha da artırılsın.

              9.Tapşırılsın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Ümumi İşlər sektorunun müdiri  Sərxan Əkbərova:

                  9.1. Bütün kargüzarlıq işlərinə, şikayət və ərizələrin baxılmasına, əmr, qərar, sərəncam və məktubların aidiyyəti üzrə çatdırılmasına, kollegiya qərarlarının yerlərdə icrasına   nəzarət işi daha da artırılsın.

10.Tapşırılsın Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan  dövlət və özəl tibb müəssisə rəhbərlərinə:

              10.1. Əhaliyə göstərilən  terapevtik, cərrahi, mama-ginekoloji, pediatrik   tibbi    xidmət  günün tələbləri səviyyəsində qurulsun. Xəstələrin müayinə  və  müalicə  protokollarından  səmərəli istifadə  edilsin. Stasionar xidmət göstəricilərinin yaxşılaşdırılmasına nail olunsun, xroniki xəstələrin dispanser qeydiyyatına, iş planlarında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət artırılsın. Kadrların yerləşdirilməsi, tibbi sənədləşmə, kargüzarlıq işlərində, TSEK-ə göndərişlərdə, əmək iqtidarsızlıq vərəqələrinin verilməsində  nöqsanlara  yol  verilməsin.  Əmək intizamına ciddi  nəzarət edilsin. Həkim və orta tibb işçilərinin peşə və bacarıqlarının artırılması ilə bağlı tədbirlər mütəmadi olaraq davam etdirilsin. Tibbi avadanlıqların istifadəsinə, qorunmasına, ehtiyac olan hallarda təmirinə   diqqət daha da artırılsın. Qanla keçən infeksiyaların, xüsusən də virus B və C hepatitinin aşkar edilməsi, profilaktiki tədbirlərin icrasına, xəstələrin müalicəsinə  nəzarət daha da gücləndirilsin. Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə müəssisələrində tibbi xidmət zamanı əmr və təlimatlardan düzgün istifadə olunmasına nəzarət artırılsın.

           11.Tapşırılsın  Naxçıvan Muxtar Respublikası  və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına:

                11.1. Muxtar respublika ərazisində yoluxucu xəstəliklərin qarşısının alınması üçün  sanitar - gigiyenik və əks - epidemik tədbirlər daha da  artırılsın. Qoruyucu peyvəndlərin icrasına, obliqat qrupların müayinəsinə, tibb müəssisələrinin, bazarların, ictimai-iaşə obyektlərinin,   gözəllik və şadlıq salonlarının sanitar-gigiyenik vəziyyətinə nəzarət daha da artırılsın.

          12. Qərarın icrasına nəzarət nazir müavini Samrat Gəncəyevaya həvalə olunsun.

 

 

                                                        Kollegiyanın sədri,

                                                        Nazir:                                             Niyazi Novruzov  

                                                        Kollegiyanın məsul

                                                        katibi:                                             Səbuhi İbrahimov